Sizinxeber.az » DÜNYA » Region » Belqorodun atəşə tutulması nəticəsində yaralananların sayı 29-a çatıb, 1 nəfər ölüb - YENİLƏNİB

Belqorodun atəşə tutulması nəticəsində yaralananların sayı 29-a çatıb, 1 nəfər ölüb - YENİLƏNİB

Rusiyanın Belqorod şəhərinin atəşə tutulması nəticəsində 29 nəfər yaralanıb, 1 nəfər ölüb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov teleqramda bildirib.

“İlkin məlumata görə, 28 böyük və 1 uşaq bədənin müxtəlif nahiyələrindən qəlpə yaraları alıb”, – region başçısı açıqlayıb.

Qubernatorun sözlərinə görə, ölən şəxs isə qadındır, o, hadisə yerində keçinib.

Qladkov qeyd edib ki, olayda 22 çoxmərtəbəli evdə 49 mənzilə və 4 ticari obyektə ziyan dəyib.

21:06

Rusiyanın Belqorod şəhərinin atəşə tutulması nəticəsində azı bir nəfər ölüb, 14 nəfər yaralanıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Baza” məlumat yayıb.

“Belqorod güclü atəşə məruz qalıb – azı bir nəfər həlak olub, 14 nəfər yaralanıb. Bir neçə avtomobil yanıb”, – məlumatda nəql edilib.

Qeyd olunub ki, mərmilərdən biri bina girişinə tuş gəlib.

Xatırladaq ki, daha əvvəl işğal altındakı Donetsk şəhərinə zərbə endirilməsi sonucunda doqquz nəfər ölmüşdü. Hadisədə qondarma region rəhbərliyi Ukraynanı suçlamışdı.

Bundan başqa, Ukraynanın 110-cu ayrı mexanikləşdirilmiş briqadası Avdiivka istiqamətində Su-25 qırıcısını zərərsizləşdirdiyini açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !