Mariya Zaxarova: ABŞ-dəki təyyarə qəzasında həlak olmuş üç nəfərin Rusiya pasportu olub
ABŞ-də təyyarə qəzasında həlak olan üç nəfərin Rusiya pasportu olub.
“Sizinxeber.az” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
"Səfirliyimizin məlumatına görə, bu təyyarə qəzasının üç qurbanının Rusiya pasportu var. Dördüncü şəxsə gəlincə, onun da Rusiya pasportunun ola biləcəyi ehtimal edilir, bu məlumat hazırda yoxlanılır", - diplomat qeyd edib.
Xatırladaq ki, “American Airlines” aviaşirkətinə məxsus “Bombardier CRJ700” təyyarəsi Vaşinqtonda Reyqan milli hava limanı yaxınlığında “Sikorsky H-60 Black Hawk” hərbi helikopteri ilə toqquşduqdan sonra Potomak çayına düşüb. Təyyarədə 60 sərnişin və dörd ekipaj üzvü, helikopterdə isə üç ekipaj üzvü olub.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, təyyarə qəzası nəticəsində heç kim sağ qalmayıb.
Oxşar xəbərlər
ABŞ-də təyyarə qəzasından bir gün əvvəl helikopterlə bağlı başqa bir hadisə baş verib
Tramp: Vaşinqtondakı təyyarə qəzasında sağ qalan yoxdur
Vaşinqtonda təyyarə qəzasında həlak olan 40 nəfərin meyiti tapılıb
Vaşinqton səmasında təyyarə helikopterlə toqquşduqdan sonra iki yerə parçalanıb
ABŞ-də sərnişin təyyarəsi helikopterlə toqquşub, ölənlər və yaralılar var - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
Ankarada terrorla mübarizə çərçivəsində 209 nəfər saxlanılıb
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
