Rusiya XİN Litva ilə hüquqi yardım haqqında sazişə xitam verildiyini açıqlayıb
Rusiya və Latviya arasında mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında sazişə yanvarın 21-də xitam verilib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin hüquqi informasiya portalında dərc olunan məlumatında deyilir.
“2025-ci il yanvarın 21-də Rusiya Federasiyası ilə Litva Respublikası arasında mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 1992-ci il iyulun 21-də Vilnüsdə imzalanmış sazişə xitam verilib”, - nazirlikdən bildirilib.
Xatırladaq ki, Litva Seymi (parlamenti) ötən il iyunun 25-də bu sazişi denonsasiya edib. Rusiya və Litva müqaviləni 1992-ci ildə imzalayıb və hər beş ildən bir onu yeniləyirdi. Sənəd Rusiya və Litva vətəndaşlarının şəxsi və əmlak hüquqlarını bərabər şəkildə qorumağa, mübahisələr yarandıqda hüquqi əməkdaşlığı təmin edirdi.
Oxşar xəbərlər
Axtarışa verilmiş şəxs ölkəmizə ekstradisiya olundu
Beynəlxalq axtarışda olan dörd nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib
Beynəlxalq axtarışa verilmiş daha 5 şəxs Azərbaycana ekstradisiya edilib
Beynəlxalq axtarışa verilmiş daha bir şəxsin ölkəmizə ekstradisiyası təmin edilib.
Litva Rusiya ilə sərhəddə müdafiə istehkamları quraşdırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













