İran və Rusiya onlardan birinə hücum ediləcəyi təqdirdə birgə fəaliyyət barədə razılığa gəliblər
sizinxeber.az xəbər saytı

İran və Rusiya onlardan birinə hücum ediləcəyi təqdirdə birgə fəaliyyət barədə razılığa gəliblər


İran və Rusiya, imzalanmış hərtərəfli strateji tərəfdaşlıq müqaviləsinə əsasən, ölkələrdən birinə hücum zamanı təcavüzkarlara kömək edə biləcək proseslərdə iştirak etməmək öhdəliyi götürüblər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian rusiyalı jurnalist Vladimir Solovyova müsahibəsində bildirib.

“Əgər digər dövlətlər bizim ölkələrimizə hücum edərsə, müqavilədə qeyd olunanlara əsasən, biz heç bir halda təcavüzkarlara kömək edən proseslərdə iştirak etməmək öhdəliyi götürürük”, – o bildirib.

İkitərəfli müdafiə əməkdaşlığının formaları ilə bağlı suala cavab verən Pezeşkian qeyd edib ki, razılaşmalar makrosəviyyədə mövcuddur və təfərrüatlar gələcək proseslərlə müəyyən ediləcək.

“Ümumi konsepsiya sonradan praktiki planların hazırlanması üçün lazımdır”, – o vurğulayıb.

Xatırladaq ki, yanvarın 17-də Moskvada Rusiya və İran liderləri Vladimir Putin və Məsud Pezeşkian arasında görüş keçirilmişdi.

Oxşar xəbərlər

Putin və Pezeşkian Rusiya ilə İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsini imzalayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran və Rusiya prezidentləri görüşəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pezeşkian: İran və Rusiya sanksiyalara qarşı mübarizədə əməkdaşlığı gücləndirə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran Prezidenti Rusiyaya səfər edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Peskov: Rusiya və İran prezidentləri cümə günü Moskvada danışıqlar aparacaqlar [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər