Peskov: Rusiya və İran prezidentləri cümə günü Moskvada danışıqlar aparacaqlar
Rusiya və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkian arasında danışıqlar cümə günü Kremldə keçiriləcək.
“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu RF Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Danışıqlar Moskvada, Kremldə keçiriləcək", - o qeyd edib.
D.Peskovun sözlərinə görə, iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq müqaviləsinin imzalanması İran Prezidentinin Moskvaya gözlənilən səfərinin çox mühüm tərkib hissəsi olacaq.
"Bu, bizim üçün çox mühüm hadisədir, buna böyük əhəmiyyət veririk", - mətbuat katibi qeyd edib və əlavə edib ki, prezidentlər mətbuata bəyanatla çıxış etməyi planlaşdırırlar.
Daha əvvəl İranın Rusiyadakı səfiri Kazem Cəlali bildirmişdi ki, İran və Rusiya arasında tərəfdaşlıq müqaviləsi 47 maddədən ibarətdir.
Oxşar xəbərlər
Səfir: İran və Rusiya arasında tərəfdaşlıq müqaviləsi 47 maddədən ibarətdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya XİN başçısının müavini və İran səfiri yüksək səviyyəli gələcək təmasları müzakirə ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Putin və Pezeşkian Rusiya ilə İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsini imzalayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Peskov: Putinlə Paşinyanın görüşü planlaşdırılmayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran Pezeşkianın Kazanda keçiriləcək BRICS sammitində iştirakını təsdiqləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












