Ermənistan və ABŞ nüvə enerjisi sahəsində əməkdaşlıq etmək niyyətindədir
Ermənistan və ABŞ nüvə enerjisi sahəsində əməkdaşlıq etmək niyyətindədir.
"Sizinxeber.az" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibi Antoni Blinkenlə Vaşinqtonda iki ölkə arasında strateji tərəfdaşlıq haqqında sənədin imzalanması ərəfəsində deyib.
A.Mirzoyan imzalanan sənədin nüvə energetikasının ən müasir beynəlxalq təhlükəsizlik standartlarına uyğun inkişafı üçün baza yaradacağını bildirib.
Blinken öz növbəsində qeyd edib ki, strateji tərəfdaşlıq haqqında sənəd tərəflərə bir neçə əsas istiqamət üzrə ikitərəfli əməkdaşlığı genişləndirmək üçün əsas verəcək.
Dövlət katibi həmçinin vurğulayıb ki, yaxın həftələrdə ABŞ Ermənistana sərhəd təhlükəsizliyi üzrə mütəxəssislər göndərəcək.
“Yaxın həftələrdə ABŞ gömrük və sərhəd Mühafizəsi üzrə ekspertlər qrupu Ermənistana gedəcək”, - Blinken əlavə edib.
Erməni mediasının məlumatına görə, sənədi yanvarın 20-də istefaya gedəcək Cozef Baydenin səlahiyyət müddəti başa çatan administrasiyası imzalayıb. ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp dövründə sazişin həyata keçirilməsi perspektivləri məsələsi açıq qalır.
Oxşar xəbərlər
Ermənistanla ABŞ arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalanacaq
ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb
Kreml Ermənistanla ABŞ arasında imzalanacaq strateji tərəfdaşlıq sənədinə münasibət bildirib
Kreml ABŞ və Ermənistan arasında imzalanacaq strateji tərəfdaşlıq sazişini şərh edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
