XİN başçısı: ABŞ Ermənistandan Rusiyaya qarşı sanksiyalara qoşulmağı tələb edəcək
ABŞ Ermənistandan tərəfdaşlıq sənədi çərçivəsində Rusiyaya qarşı sanksiyalar tətbiq etməsini tələb edə bilər. Bu, Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən elan edilən strateji əməkdaşlıq çərçivəsində ola bilər.
“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya XİN başçısı Sergey Lavrov bildirib.
"Bu qərardan irəli gələn əsas məsələ budur. Bizim müxtəlif müqavilələrimizdə də "strateji tərəfdaşlıq" terminologiyasından istifadə olunurdu. Lakin bizi heç vaxt üçüncü ölkəyə qarşı çıxmağa məcbur etməyiblər. Biz strateji tərəfdaşlarıq, deməli, siz Rusiyaya qarşı sanksiyalara qoşulmalısınız. İndi Serbiyadan bunu tələb edirlər. Ermənistandan da tələb edəcəklər", - o bildirib.
Onun fikrincə, ABŞ və müttəfiqləri sanksiya siyasətini beynəlxalq arenada öz fəaliyyətlərinin əsası ediblər.
Qeyd edək ki, Ermənistan XİN başçısı Ararat Mirzoyan və ABŞ Dövlət katibi Antoni Blinken bu gün axşam Vaşinqtonda strateji tərəfdaşlıq sənədini imzalayacaqlar.
Oxşar xəbərlər
Lavrov: Ermənistan XİN başçısının Rusiyaya səfəri bu yaxınlarda baş tuta bilər
XİN başçısı: Ermənistan ABŞ-nin strateji tərəfdaşı olmaq istəyir
Kreml ABŞ və Ermənistan arasında imzalanacaq strateji tərəfdaşlıq sazişini şərh edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
