Gürcüstan XİN: Haqsız tənqidlər strateji tərəfdaşlarla münasibətlərə kölgə salır
sizinxeber.az xəbər saytı

Gürcüstan XİN: Haqsız tənqidlər strateji tərəfdaşlarla münasibətlərə kölgə salır


Gürcüstanın qarşılaşdığı haqsız tənqidlər və əsassız addımlar strateji tərəfdaşlarla münasibətlərə kölgə salır. Buna baxmayaraq, əsas vəzifəmiz tərəfdaşlarla əlaqələri inkişaf etdirmək və dezinformasiya kampaniyalarına layiqincə cavab verməkdir.

"Sizinxeber.az"un Gürcüstan bürosu xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Maka Botçorişvili "Səfirlər Konfransı"nın bağlanış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Gürcüstanın Qərb və Şərq arasında əlaqə yaratmaq funksiyasını həyata keçirmək heç vaxt indiki qədər mühüm olmayıb.

"Bunun üçün geosiyasi vəziyyəti düzgün qiymətləndirmək və aktiv işləmək lazımdır ki, ölkəmiz maksimum fayda əldə etsin. Gürcüstanın atdığı addımlar və əldə etdiyi nailiyyətlər beynəlxalq ictimaiyyət tərəfindən nəzərə alınmalıdır. Bunun üçün beynəlxalq təşkilatlarda üzvlüyümüzdən doğan imkanlardan daha fəal istifadə etməliyik", - nazir vurğulayıb.

M.Botçorişvili əlavə edib ki, digər ölkələrdəki soydaşların maraqlarını qorumaq və onların vətənlə əlaqələrini gücləndirmək Gürcüstan diplomatlarının gündəlik vəzifəsi olmalıdır:

"Diplomatik xidmətimiz son dövrlərdə açıq hücumların hədəfinə çevrilib, bu da bir daha onun nə qədər mühüm olduğunu göstərir. Ancaq biz yalnız birgə səylər və yorulmaz iş sayəsində Gürcüstanın dünyada layiq olduğu şəkildə tanınmasını təmin edə bilərik".

Oxşar xəbərlər

Kobaxidze: Məqsədimiz regionda sülh və sabitliyi təşviq etməkdir
Gürcüstanın Ticarət və Sənaye Palatasının baş direktoru: Azərbaycan çox vacib tərəfdaşdır
Gürcüstanın Baş naziri: ABŞ ilə münasibətlərə yenidən baxıla bilər
Mixail Kavelaşvili: Avrointeqrasiya kursunu spekulyasiyalara qarşı müdafiə etmək borcumuzdur
Gürcüstan XİN başçısı gürcü xalqının demokratik seçiminə kölgə salınmasından narahatlığını ifadə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle