Paşinyan: Dəmir yolu əlaqəsinin bərpası ilə bağlı Azərbaycana təklif göndərmişik
sizinxeber.az xəbər saytı

Paşinyan: Dəmir yolu əlaqəsinin bərpası ilə bağlı Azərbaycana təklif göndərmişik


Ermənistan Azərbaycana ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağda münaqişə başlayandan sonra dayandırılmış dəmir yolu əlaqəsini bərpa etmək təklifi göndərib.

“Report” xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan “Armenpress”ə müsahibəsində bildirib.

“Bizim qiymətləndirməmizə görə, biz dəmir yolu əlaqəsinin necə bərpa olunacağı ilə bağlı həm Ermənistan, həm də Azərbaycan üçün tamamilə məqbul olan həll yolu tapmışıq. Həll yolunu yazılı formada Azərbaycan tərəfinə göndərmişik və müsbət reaksiya gözləyirik. Bu reaksiya alınan zaman qısa müddətdə müqavilə imzalamaq və dəmir yolunun tikintisinə başlamaq lazımdır”, - o deyib.

Oxşar xəbərlər

Ermənistanın Baş naziri kommunikasiyaların açılması məsələsinə münasibət bildirib
Alman iş adamları Azərbaycana gəlir
Ağbənddə müstəqillik dövrünün ilk dəmir yolu qalereyası inşa edilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər