Volodimir Zelenski: Müharibə genişlənir, sülhün mümkünlüyü azalır
Müharibə genişlənir, sülhün mümkünlüyü azalır.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində deyib.
O, bunu Şimali Koreyanın müharibədə iştirakı ilə əlaqələndirib. Dövlət başçısının sözlərinə görə, onlardan xüsusilə Kursk vilayəti daxilindəki əməliyyatlarda istifadə edilir: “Hələlik onların iştirakı bu ərazi ilə məhdudlaşır, lakin digər cəbhələrdə də iştirak edə biləcəyinə dair məlumat var”.
Zelenski qeyd edib ki, Şimali Koreya qoşunları arasında itkilər artıq nəzərə çarpır.
Ölkə lideri həmçinin söyləyib ki, Ukrayna özünü bütün təhdidlərə, o cümlədən Şimali Koreyaya qarşı müdafiə edəcək: “Etibarlı və davamlı sülhü təmin edən bu müharibəni sona çatdırmaq üçün bütün tərəfdaşlarımızla tam koordinasiyalı şəkildə hərəkətə davam edəcəyik”.
Qeyd edək ki, Ukrayna ilə Rusiya arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb.
Oxşar xəbərlər
Zelenski Şimali Koreyanın Rusiya ordusuna şəxsi heyət göndərdiyini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zelenski: Rusiya ölkəmizə müharibə gətirib, indi isə nə etdiyini hiss etməlidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Rusiya Şimali Koreyanın Cənubi Koreya ilə müharibəsində kömək edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zelenski: Kursk vilayəti ərazisində uğurla irəliləməkdə davam edirik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zelenski Rütte ilə Rusiya, İran və Şimali Koreyanın “yaratdığı qlobal riskləri” müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












