"Gürcüstan Dəmir Yolları" sərnişin reyslərini ləğv edib
sizinxeber.az xəbər saytı

"Gürcüstan Dəmir Yolları" sərnişin reyslərini ləğv edib


"Gürcüstan Dəmir Yolları" əlverişsiz hava şəraiti ilə əlaqədar bu gün sərnişin reyslərinin bir çoxunu ləğv edib.

“Sizinxeber.az” Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə "Gürcüstan Dəmir Yolları"nın məlumatında bildirilib.

Rikoti aşırımındakı dəmir yolu hissəsində problemlər yaranıb. Güclü qar və külək səbəbindən həmin əraziyə elektrik enerjisi verilmir.

Həm Şərqi Gürcüstandan Qərbi Gürcüstana, həm də əks istiqamətdə reyslər ləğv edilib.

Sinoptiklərin proqnozlarına görə, Gürcüstanda əlverişsiz hava şəraiti bazar gününə qədər davam edəcək.

Oxşar xəbərlər

Abşeron dairəvi dəmir yolu xəttində ləğv edilmiş reyslər bərpa olunur
"Türk Hava Yolları" Bişkekə uçuşları qarşılıqlı olaraq ləğv edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər