Sergey Ryabkov: Rusiya ABŞ-nin yeni administrasiyası ilə istənilən təmaslara hazırdır
sizinxeber.az xəbər saytı

Sergey Ryabkov: Rusiya ABŞ-nin yeni administrasiyası ilə istənilən təmaslara hazırdır


Rusiya ABŞ-nin yeni administrasiyasının işinə başlamasını gözləyir və Vaşinqton müvafiq istək nümayiş etdirərsə, istənilən təmaslara hazır olacaq.

“Report” xəbər verir ki, bunu “CNN” telekanalına müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

O, ölkəsinin yeni administrasiyanın fəaliyyətə başlayacağı anı səbirlə gözlədiyini və Amerika tərəfinin bu cür qarşılıqlı fəaliyyətə hazır olmasından asılı olaraq rəsmi əlaqə kanallarından istifadə etmək niyyətində olduğunu vurğulayıb.

ABŞ-nin hazırkı administrasiya ilə təmasların çox olmadığını qeyd edən Ryabkov bunu səhv adlandırıb və əlavə edib ki, ünsiyyətdən qaçmaqdansa dialoqa girmək daha yaxşıdır. O, həmçinin bildirib ki, Rusiya ABŞ-nin növbəti milli təhlükəsizlik komandasının tərkibini nəzərdən keçirəcək və istənilən təmaslara açıq olacaq.

Oxşar xəbərlər

Rusiya XİN: Bu il BRICS-ə yeni üzvlərin qəbulu gözlənilmir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lavrov: Rusiya istənilən ABŞ administrasiyası ilə işləməyə hazırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lavrov: Moskva istənilən ssenariyə hazırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya ABŞ-yə cavab olaraq Asiyada orta və qısa mənzilli raketlər yerləşdirə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kreml: Putin Trampla təmaslara hazırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər