MDB ölkələri Avropada adi silahlara nəzarəti müzakirə ediblər
MDB iştirakçısı olan ölkələrin nümayəndə heyətləri Vyanada Avropada adi silahlara nəzarət məsələlərini, o cümlədən etimad və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə tədbirləri müzakirə ediblər.
“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
Qeyd olunub ki, iclasda Belarus, Qazaxıstan, Rusiya, Tacikistan, Özbəkistan, MDB İcraiyyə Komitəsinin nümayəndələri, eləcə də müşahidəçi qismində Azərbaycanın nümayəndələri iştirak ediblər.
"Təhlükəsizlik ölçüsünün hərbi-siyasi aspektləri, o cümlədən Avropada adi silahlara nəzarət məsələsi, etimad və təhlükəsizliyin möhkəmləndirilməsi tədbirləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Vyana danışıqlar platformalarının fəaliyyəti ilə bağlı müxtəlif məsələlər nəzərdən keçirilib”-deyə, məlumatda vurğulanıb.
Rusiya XİN əlavə edib ki, tərəflər ATƏT regionunda təhlükəsizliyin möhkəmləndirilməsi, eləcə də davamlı sülhün və beynəlxalq sabitliyin qorunması məqsədilə MDB çərçivəsində işi davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər.
Oxşar xəbərlər
Dövlət Departamenti: Rusiya və ABŞ silahlara nəzarət üzərində işləməlidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Rusiya XİN-ləri arasında regional və Avropa təhlükəsizliyi üzrə məsləhətləşmələr olub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
MDB ölkələrinin DİN başçıları terrorizmlə mübarizəni müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya XİN: ATƏT böhran içindədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə regional məsələləri müzakirə edib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












