Putin Şimali Koreya ilə hərtərəfli strateji tərəfdaşlıq müqaviləsini ratifikasiya edib
Rusiya Prezidenti Vladimir Putin Rusiya ilə Koreya Xalq Demokratik Respublikası (KXDR) arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında müqavilənin ratifikasiyası barədə qanunu imzalayıb.
“Report” TASS-a istinadən xəbər verir ki, sənəd dərc edilib.
Müqavilə 2024-cü il iyunun 19-da paytaxt Pxenyanda imzalanıb və oktyabrın 15-də Putin tərəfindən ratifikasiya üçün Dövlət Dumasına təqdim edilib. Müqavilənin preambulasına görə, sənəd RF və KXDR xalqlarının fundamental maraqlarına cavab verir və “sülhün, regional və qlobal təhlükəsizliyin və sabitliyin təmin edilməsinə töhfə verir”.
Müqavilə, BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, tərəflərdən biri silahlı hücuma məruz qaldığı təqdirdə dərhal hərbi və digər yardımın göstərilməsini nəzərdə tutur. Bundan əlavə, onlar digər tərəfin suverenliyi, təhlükəsizliyi, ərazi toxunulmazlığı, siyasi, sosial, iqtisadi və mədəni sistemlərin azad seçimi və inkişafı hüququna qarşı yönəlmiş üçüncü dövlətlərlə sazişlər bağlamamağı öhdələrinə götürürlər.
Oxşar xəbərlər
Putin Koreya ilə hərtərəfli strateji tərəfdaşlıq müqaviləsini ratifikasiya edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Putin KXDR ilə Strateji Tərəfdaşlıq haqqında Müqavilənin ratifikasiyası layihəsini Dumaya təqdim edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Putin KXDR ilə tərəfdaşlıq sazişini ratifikasiya edən sənədi imzalayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şimali Koreyanın XİN başçısı Rusiyaya səfər edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Duma Moskva ilə Pxenyan arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında sazişi ratifikasiya edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












