Zelenski BMT Baş katibini Ukraynaya dəvət etməkdən imtina edib
Ukrayna Prezidenti Volodimir Zelenski BMT-nin Baş katibi Antoniu Quterrişin ölkəyə səfər etmək istəyini rədd edib.
“Report” Ukrayna KİV-ə istinadən xəbər verir ki, buna Baş katibin Kazanda keçirilən BRICS sammitində iştirakı səbəb olub.
"Quterriş Kazandan sonra Ukraynaya gəlmək istəyirdi, lakin Prezident onun səfərini təsdiq etmədi. Buna görə də Quterriş burada olmayacaq”, - Ukrayna prezident administrasiyasındakı mənbə bildirib.
Ukrayna Xarici İşlər Nazirliyi Quterrişin Kazana səfərini tənqid edərək, onun iyunda Ukraynanın İsveçrədə təşkil etdiyi sülh sammitində iştirak etmədiyini xüsusi vurğulayıb. “Bu, sülh işinə töhfə verməyən səhv seçimdir. Bu, yalnız BMT-nin nüfuzuna xələl gətirir”, - qurumdan vurğulanıb.
Oxşar xəbərlər
Zelenski sentyabrda Baydenlə görüşəcək
Zelenski: ABŞ-nin Ukraynanın NATO-ya daxil olması ilə bağlı mövqeyi müsbətə doğru dəyişib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
