Zelenski "qələbə planı"nı təqdim etmək üçün Brüsselə gedib
Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Brüsselə gedib.
"Sizinxeber.az" “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə V.Zelenski özünün teleqram kanalında məlumat verib.
Məlumata görə, o, qələbə planını Avropa liderlərinə təqdim edəcək.
“Brüsseldə Avropa Şurasının xüsusi iclası keçiriləcək. Mən qələbə planını təqdim edəcəyəm. Bütün Avropa liderləri bizim mövqeyimizi necə gücləndirmək lazım olduğunu eşidəcəklər. Biz bu müharibəni ədalətli şəkildə bitirməliyik”, - o bildirib.
V.Zelenski, həmçinin Avropa parlamentinin prezidenti Roberta Metsola və siyasi qrupların rəhbərləri ilə görüşdə iştirak edəcək. NATO-nun baş katibi Mark Rutte ilə görüş olacaq.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski ötən gün Ali Radada xeyli vaxtdır ictimaiyyətin ondan müharibənin yekunu ilə bağlı gözlədiyi "sülh və qələbə" planını açıqlayıb.
Oxşar xəbərlər
Zelenski Ali Radada "sülh və qələbə" planını açıqlayıb
Zelenski bu həftə Radada Ukraynanın qələbə planını təqdim edəcək
Zelenski sentyabrda Baydenlə görüşəcək
Zelenski yeni sülh planından danışıb
Zelenski: Ukraynanın qələbə planı 90%-dən çox hazırdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Bloomberg": Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır
