Zelenski bu həftə Radada Ukraynanın qələbə planını təqdim edəcək
Ukrayna Prezidenti Volodimir Zelenski oktyabrın 16-da Radada çıxışı zamanı qələbə planını ictimaiyyətə təqdim edəcək.
“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Aparat rəhbərinin müşaviri Sergey Leşenko teleqram kanalında bildirib.
“Aydındır ki, indi bu addımın yalnız bir səbəbi var - bu, qələbə planının ictimaiyyətə təqdimatıdır”, - o deyib.
“RBK-Ukrayna”nın Radadakı mənbəyi də təsdiqləyib ki, Prezident çərşənbə günü səhər iclasında Ukraynanın qələbə planını təqdim etməlidir.
Xatırladaq ki, Ukrayna Prezidenti qələbə planını ilk dəfə bir neçə ay əvvəl açıqlamışdı. Sənədin tam məzmunu hələlik ictimaiyyətə açıqlanmayıb, lakin dövlət başçısı onun ayrı-ayrı bəndləri barədə təfərrüatsız danışıb.
Oxşar xəbərlər
Zelenski: Ukraynanın qələbə planı 90%-dən çox hazırdır
Zelenski BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edəcək
Zelenski sentyabrda Baydenlə görüşəcək
Zelenski: Ukraynanın Qələbə Planı müttəfiqlərin sürətli qərarlarından asılıdır
KİV: Bayden bu ilin sonuna kimi Ukraynanın NATO-ya müraciətini təşviq edə bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
