Zelenski yeni sülh planından danışıb
"Sülh ilə bağlı plan əvvəlcə Ukraynanı, əsasən silah-sursat baxımından ciddi şəkildə gücləndirməlidir. Hələlik dövlət başçısı bunu ABŞ Prezidenti Cozef Baydenlə müzakirə edirik".
"Sizinxeber.az"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Kiyevdə "Krım Platforması"nın növbəti sammitinin yekunu ilə bağlı Latviya, Litva və Xorvatiya liderləri ilə birgə mətbuat konfransında bildirib.
Zelenski qeyd edir ki, növbəti Sülh Sammitindən əvvəl hazırlanmalı və təqdim edilməli olan sülh planı müharibəni dayandırmaq üçün Rusiya Federasiyasına təsir etməlidir:
"Mən qələbə planı ilə bağlı ardıcıl olacağam. Əvvəlcə bunu ABŞ Prezidenti Cozef Baydenlə müzakirə edəcəyik. Bizim sülh, qələbə planımız əsasən ABŞ-nin, həm də digər tərəfdaşların dəstəyindən asılıdır" - o, əlavə edib.
Ukrayna prezidenti deyib ki, Rusiyanı müharibəni diplomatik yolla bitirməyə razı salmaq üçün Sülh Sammitinə qədər bu plan təqdim edilməlidir.
Qeyd edək ki, növbəti Sülh Sammiti noyabrda Braziliyada keçiriləcək.
Oxşar xəbərlər
Zelenski: Ukrayna müharibəni diplomatik yolla bitirmək üçün hər şeyi edəcək
Zelenski: Dünya Rusiyanı II Sülh Sammitində görmək istəyirsə, buna qarşı çıxa bilmərik
İsveçrə Prezidenti: “Kiyev sülh konfransı təşkil etməyi xahiş edib”
Ukrayna Prezidenti: Kurskdakı hərbi əməliyyatlar qələbə planımızın bəndlərindən biridir
Zelenski: Ukrayna noyabrın sonuna qədər ölkədə sülhə nail olmaq üçün plan hazırlamağı planlaşdırır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













