Zelenski Ali Radada "sülh və qələbə" planını açıqlayıb
Ukrayna Prezidenti Volodimir Zelenski, bu gün Ali Radada xeyli vaxtdır ictimaiyyətin ondan müharibənin yekunu ilə bağlı gözlədiyi "sülh və qələbə" planını açıqlayıb.
"Report"un Şərqi Avropa bürosunun Ali Radadan verdiyi məlumata görə, V. Zelenski bildirib ki, planı sabah Avropa İtifaqına (Aİ) və Avropa Şurasına (AŞ) da təqdim edəcək.
Prezidentin sözlərinə görə, ümumi plan beş bənd və üç məxfi əlavədən ibarətdir. Birinci geosiyasi, ikinci və üçüncü hərbi, dördüncü iqtisadi, beşinci məqam isə təhlükəsizliklə bağlıdır: "Planın bəndləri zaman üzrə çox konkret hesablanıb. Birinci bəndin əsasını NATO-ya dəvət təşkil edir. İlk 4 bənd - müharibə vaxtı, müharibəni bitirmək üçün, 5-ci isə müharibədən sonra, təhlükəsizliyi təmin etmək üçün hesablanıb", - prezident vurğulayıb.
V.Zelenski bildirib ki, planda əsas şərt Ukraynanın NATO-ya dəvət olunması və tezliklə Alyansa üzv olmasıdır.
O, təkrar edərək bildirib: "Ukraynanı NATO-ya dəvət edilməsi faktı dünya üçün əsas ola bilər. Ukraynanın Alyansa hələ də üzv olmaması onu Rusiyanın hücumuna məruz qoydu".
Oxşar xəbərlər
Zelenski bu həftə Radada Ukraynanın qələbə planını təqdim edəcək
Zelenski: Ukraynanı NATO-ya dəvət etmək “qələbə planı”nın ilk bəndidir
Zelenski yeni sülh planından danışıb
Zelenski: Ukraynanın qələbə planı 90%-dən çox hazırdır
Zelenski sentyabrda Baydenlə görüşəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
