Zelenski: Ukraynanın qələbə planı 90%-dən çox hazırdır
Ukraynanın Rusiya ilə müharibədə yeni qalibiyyət planı 90%-dən çox hazırdır və gələn həftə müttəfiqlərinə təqdim olunacaq.
“Sizinxeber.az”un məlumatına görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski müraciətində bildirib.
“Gün ərzində müxtəlif formatlarda Ukraynanın qələbə planını hazırlamaq üçün görüşlər keçiririk. Hər bir istiqamət üzrə əsas şəxslər cəlb olunub”, - deyə o bildirib.
Onun sözlərinə görə, Ukrayna üçün lazım olan addımlar artıq dəqiq müəyyən edilib: “Hər bir addım üçün dəqiq nəyin lazım olduğu, gücləndirilməsi üçün nəyin işləyəcəyi aydın bir siyahı var. Orada mümkünsüz bir şey yoxdur. Hər şeyin 90%-dən çoxu yazılıb. Artıq gələn həftə biz müttəfiqlərə təqdim etmək üçün qələbə planı hazırlayırıq”.
Zelenski vurğulayıb ki, yeni paket təkcə Ukrayna üçün deyil, həm də dünyada beynəlxalq hüquqa dəyər verən hər kəs üçün vəziyyətin düzgün inkişafını təmin edə bilər.
Oxşar xəbərlər
Zelenski sentyabrda Baydenlə görüşəcək
Zelenski yeni sülh planından danışıb
Zelenski: Ukrayna müharibəni diplomatik yolla bitirmək üçün hər şeyi edəcək
Zelenski Roma Statutunun ratifikasiyası haqqında qanun layihəsini Ali Radaya təqdim edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
