Ermənistanda Rusiya hərbçiləri təlim keçir
Rusiya Müdafiə Nazirliyinin Ermənistandakı Cənub Hərbi Dairəsinin hərbi bazasının “Alagöz” poliqonunda döyüş atəşləri ilə batalyon taktiki təlimlərinə start verilib.
“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfirliyi məlumat yayıb.
Bildirilir ki, təlimlərdə hərbi qulluqçular tabor taktiki qrupuna daxil olan bölmələr arasında döyüş və qarşılıqlı fəaliyyətin təşkili üzrə tapşırıqları məşq edirlər.
Diplomatik nümayəndəlikdən verilən məlumata görə, təlimlərin birinci mərhələsində döyüş hazırlığının ən yüksək səviyyəyə çatdırılması, cəmləşmə zonasına yürüş, komanda məntəqələrinin yerləşdirilməsi və təchiz edilməsi, texnikanın kamuflyaj edilməsi və yerləşdirilməsi, döyüş məntəqələrinin təşkili kimi tədbirlər həyata keçirilib.
Oxşar xəbərlər
Rusiya və Pakistan hərbçiləri birgə taktiki təlimlər keçirir
MN: Seyfəli poliqonunda yararsız döyüş sursatları məhv ediləcək
Hava hücumundan müdafiə bölmələri ilə taktiki-xüsusi təlim keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

