Qazaxıstanda AES-in inşası bağlı ilə bağlı referendumun yekun nəticələri açıqlanıb
Qazaxıstan vətəndaşlarının 71 faizdən çoxu və ya 5,5 milyon nəfər ölkədə Atom Elektrik Stansiyasının (AES) tikintisi layihəsinin lehinə səs verib.
"Sizinxeber.az"un Qazaxıstan bürosu bu barədə oktyabrın 6-da keçirilmiş ümummilli referendumun yekun nəticələrini bu gün açıqlamış Mərkəzi Referendum Komissiyasına istinadən xəbər verir.
“Oktyabrın 6-da AES-in tikintisi layihəsi üzrə keçirilən səsvermədə 7 820 200 nəfər və ya ölkə vətəndaşlarının 63,66 faizi iştirak edib. Onların 71,12 faizi və ya 5 561 937 nəfəri layihənin lehinə, iki milyon nəfərdən çoxu (2 045 270) isə əleyhinə səs verib”, - komissiyanın nümayəndəsi Nurlan Abdirov bildirib.
Referendumda 12 284 487 qazaxıstanlı səsvermə hüququna malik olub.
Xatırladaq ki, Qazaxıstanda AES-in tikintisi layihəsi üçün müraciət edənlərin qısa siyahısına Çin, Cənubi Koreya, Fransa və Rusiya şirkətləri daxildir.
Oxşar xəbərlər
Qazaxıstanda AES-in inşası ilə bağlı referendumun nəticəsi açıqlanıb
Əhalinin 71 faizi Qazaxıstanda AES-in tikintisini dəstəkləyib
Ekspert: Qazaxıstanda AES-in tikintisi üzrə beynəlxalq konsorsiumun yaradılması risklidir
Qazaxıstanda AES tikintisi ilə bağlı referendum keçiriləcək
Qazaxıstanda ilk AES-in tikintisi ilə bağlı referendum başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
"APA Media Group"un 4 əməkdaşı MEDİA-nın müsabiqəsində qalib olub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Həftəsonu 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
