Rusiya "Taliban"ı yaxın zamanda terror təşkilatları siyahısından çıxarmaq qərarına gəlib
sizinxeber.az xəbər saytı

Rusiya "Taliban"ı yaxın zamanda terror təşkilatları siyahısından çıxarmaq qərarına gəlib


"Taliban" hərəkatının Rusiyada terror təşkilatları siyahısından çıxarılması barədə qərar artıq qəbul edilib, lakin belə bir qərarı hüquqi çərçivədə rəsmiləşdirmək lazımdır.

“Sizinxeber.az” Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov bildirib.

"Rusiya rəhbərliyinin prinsipial qərarı qəbul edilib, lakin bu proses hüquqi çərçivədə həyata keçirilməlidir. Bu, hüquqşünasların, parlamentin işidir, prosesin qanunla müəyyən edilmiş qaydada başa çatdırılması lazımdır", - o, jurnalistlərə açıqlamasında bildirib.

Diplomat qərarın yaxın zamanda qüvvəyə minəcəyinə ümid etdiyini bildirib.

Bundan əlavə, Z.Kabulov Əfqanıstan üzrə Moskva formatında məsləhətləşmələri yüksək qiymətləndirib.

Oxşar xəbərlər

Qırğızıstan XİN "Taliban"ın qadağan olunmuş təşkilatlar siyahısından çıxarılmasını təsdiqləyib
“Taliban” İŞİD-i Əfqanıstan üçün ciddi təhlükə hesab etmir
Taliban nümayəndə heyəti məsləhətləşmələr aparmaq üçün Moskvaya gedib
Qırğızıstan “Taliban”ı qadağan olunmuş təşkilatlar siyahısından çıxarıb
Pakistan-Əfqanıstan sərhədində atışma, ölənlər və yaralılar var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər