Deputat: Ermənistan tədarükün diversifikasiyası çərçivəsində Azərbaycandan qaz ala bilər
sizinxeber.az xəbər saytı

Deputat: Ermənistan tədarükün diversifikasiyası çərçivəsində Azərbaycandan qaz ala bilər


Ermənistan tədarükün diversifikasiyası çərçivəsində Azərbaycandan qaz ala bilər.

“Sizinxeber.az” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu “Mülki müqavilə” fraksiyasından olan deputat, İqtisadi məsələlər üzrə daimi komissiyanın sədr müavini Babken Tunyan parlamentdə keçirdiyi brifinqdə deyib.

“Belə bir vəziyyət yaranarsa, biz Azərbaycanla ticarət əlaqələri qura bilərik. Hər hansı resursa ehtiyacımız olarsa, daha ucuz, keyfiyyətli resursu kimin təmin etdiyini nəzərdən keçirməli olacağıq. Əgər bu resurs Azərbaycan tərəfindən təmin edilərsə, o zaman bu məsələ müzakirə oluna bilər. Eyni zamanda, təbii ki, diversifikasiya prinsipini və alternativ mənbələri qorumaq lazımdır”, - o bildirib.

B.Tunyan xatırladıb ki, Ermənistan qazı əsasən Rusiyadan, eləcə də İrandan alır və üçüncü mənbədən qazın alınması yalnız ölkənin enerji müstəqilliyinin və təhlükəsizliyinin səviyyəsini artıracaq.

Qeyd edək ki, daha əvvəl baş nazir Nikol Paşinyan Ümumdünya Erməni Sammitində Tranzit qaz kəməri Ermənistan ərazisindən keçərsə, ölkənin Azərbaycandan qaz almağa hazır olduğunu bildirib.

Oxşar xəbərlər

Overçuk: Bu il Ermənistanla Rusiya arasındakı ticarət dövriyyəsi 16 milyard dollara çata bilər
Ermənistan KİV: Səlahiyyətlərinə xitam verilən deputat Rusiyaya səfir göndərilə bilər
Ekspert: Ermənistan-Türkiyə münasibətlərinin normallaşması regionda kommunikasiyaların açılması üçün vacibdir
Azərbaycanlılar bu sənədə əsasən Göyçədə məskunlaşacaq...
Ermənistan XİN rəsmisi: Azərbaycanla kommunikasiya xəttinin özəl mühafizə agentliyinin qoruyacağı istisna deyil

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər