Moskva hava limanlarında əcnəbilərdən barmaq izi götürüləcək
Bu il dekabrın 1-dən Moskva hava limanlarında Rusiyaya gələn əcnəbilərin foto və barmaq izinin identifikasiyası proseduruna başlanılacaq.
"Report" xəbər verir ki, bu barədə "Kommersant"a Rusiya daxili işlər nazirinin birinci müavini Aleksandr Qorovoy məlumat verib.
"Bu, hələ ki eksperimentdir. Alqoritmin aprobasiyasından sonra hökumət Federal Təhlükəsizlik Xidmətindən olan həmkarlarla birlikdə onun bütün sərhəd keçidlərində tətbiq edilməsini nəzərdən keçirəcək", - o bildirib.
A.Qorovoy qeyd edib ki, eksperimentin aparılması üçün Moskvanın seçilməsi onun xarici vətəndaşlar üçün ənənəvi cazibə mərkəzi və iri nəqliyyat qovşağı olması ilə şərtlənib.
Eyni zamanda, analoji nəzarət sistemi Qazaxıstanla sərhəddə yerləşən Orenburq vilayətindəki Maştakovo avtomobil keçid məntəqəsində də tətbiq olunacaq.
Oxşar xəbərlər
Rusiyaya gələn əcnəbilərdən biometrik məlumatlar tələb olunacaq
Türkiyəli nazir: Ölkəyə giriş zamanı barmaq izinin alınması ilə bağlı layihə hazırlanır
Qazaxıstan meymunçiçəyi xəstəliyinə görə sərhəddə nəzarəti gücləndirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
