Gürcüstan və Çin Orta Dəhlizin inkişafı ilə bağlı sazişi rəsmiləşdirib
sizinxeber.az xəbər saytı

Gürcüstan və Çin Orta Dəhlizin inkişafı ilə bağlı sazişi rəsmiləşdirib


Gürcüstan və Çin Orta Dəhlizin inkişafı ilə bağlı sazişi rəsmiləşdirib.

"Sizinxeber.az"un Gürcüstan bürosu xəbər verir ki, sənədi Gürcüstanın İqtisadiyyat Nazirliyinin rəhbəri Levan Davitaşvili və Çinin İnkişaf və İslahatlar üzrə Milli Komissiyasının sədri Çao Çensin imzalayıb.

"Memorandum bizə Çinlə daha sıx ticarət-iqtisadi əlaqələr qurmaq, əlavə investisiyalar cəlb etmək və Gürcüstan məhsullarının Çinə ixracını artırmaq imkanı verir. Biz, həmçinin dəhlizimizə daha çox yük cəlb edə biləcəyik ki, bu da Gürcüstanın regional qovşaq kimi əhəmiyyətini artıracaq”, - deyə L.Davitaşvili bildirib.

Qeyd edək ki, Orta Dəhliz Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, həmçinin Türkiyə və Avropa ölkələrindən keçir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti dəhlizin bir hissəsidir.

Oxşar xəbərlər

Gürcüstan və Çin Orta Dəhlizin inkişafı haqqında saziş imzalayıb
Gürcüstan Çinin Orta Dəhlizin inkişafı üzrə yaradılan birgə müəssisəyə qoşulmaq istəyini dəstəkləyib
Gürcüstan Çinlə ticari-iqtisadi əməkdaşlığı dərinləşdirmək niyyətindədir
Qazaxıstan hökuməti: Cənub-Şərqi Asiya, Fars körfəzi və Avropa ölkələri TBNM-in inkişafında maraqlıdır
Orta Dəhlizlə yükdaşımalar 62 % artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər