Gürcüstan və Çin Orta Dəhlizin inkişafı haqqında saziş imzalayıb
Gürcüstan və Çin arasında Orta Dəhlizin inkişafı haqqında saziş imzalayıb.
Sizinxeber.az-nın “Sputnik-Georgia”ya istinadən xəbərinə görə, sənədə Gürcüstanın iqtisadiyyat naziri Levan Davitaşvili və Çinin İnkişaf və İslahatlar üzrə Milli Komissiyasının sədri Çao Çensin imza atıblar.
Mərasimdən sonra jurnalistlərə açıqlama verən L.Davitaşvili bildirib ki, bu addımın ölkəyə əlavə sərmayə cəlbinə şərait yaradılacağı bildirilib:
“Bu memorandum ölkəmizə Çinlə daha sıx iqtisadi münasibətlər yaratmağa, eləcə də əlavə investisiyaların cəlb olunmasına imkan verəcək. Onun sayəsində Gürcüstandan Çinə ixracın səviyyəsi də artacaq. Biz sözü gedən dəhlizə daha böyük həcmdə yük cəlb edə biləcəyik. Bununla da Gürcüstanın regional hab qismindəki əhəmiyyəti artacaq”.
Qeyd edək ki, “Bakı-Tbilisi-Qars” dəmir yolunun da daxil olduğu Orta Dəhliz Çin, Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyədən keçməklə Avropa regionuna istiqamətlənir.
Oxşar xəbərlər
Gürcüstan və Çin Orta Dəhlizin inkişafı ilə bağlı sazişi rəsmiləşdirib
Yaşar Güler: Azərbaycan və Gürcüstanın müstəqilliyinə və ərazi bütövlüyünə güclü dəstəyimizi bir daha vurğulayırıq
Latviyada nüvə silahının yerləşdirilməsinə dair petisiya başladılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
