Rusiya XİN: Sərhədçilərimizin Ermənistandan çıxarılması onların təhlükəsizliyinə təsirsiz ötüşməyəcək
Ermənistan parlamentinin spikeri Alen Simonyan ölkəsinin baş nazirinin Rusiya hərbçilərinin İran və Türkiyə ilə sərhəddə yerləşdirilməsi zərurətinə yenidən baxılması ilə bağlı bəyanatlarına etinasız yanaşır.
"Sizinxeber.az" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.
O qeyd edib ki, Rusiya sərhəd qoşunlarının Ermənistandakı statusunu tənzimləyən əsas sənəd müddətsiz xarakter daşıyır: “30 ildən artıqdır ki, Rusiya sərhədçiləri Ermənistanın sərhədlərini qoruyur. Onların mövcudluğuna olan tələbatı xüsusən də sərhədi qanunsuz keçmənin və narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısını almaqla dəfələrlə təsdiqləyiblər”.
Oxşar xəbərlər
Rəsmi Moskva: İndiki şəraitdə Rusiya hərbçilərinin Ermənistanın İran və Türkiyə ilə sərhədlərindən çıxarılması məqsədəuyğun deyil
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
