Zelenski və İtaliyanın Baş naziri Ukrayna ordusunun müdafiə ehtiyaclarını müzakirə ediblər
Ukrayna Prezidenti Volodimir Zelenski İtaliyanın Baş naziri Ciorcia Meloni ilə görüşüb
"Sizinxeber.az" xəbər verir ki, bu barədə "RBC-Ukraine" ölkə Prezidentinin saytına istinadən məlumat yayıb.
Görüş sentyabrın 7-də "Ambrosetti" beynəlxalq iqtisadi forumu çərçivəsində baş tutub.
“Bizə göstərdiyiniz dəstəyə görə sizə və komandanıza, bütün İtaliya xalqına çox minnətdarıq”, - V.Zelenski bildirib.
Görüş zamanı Prezident İtaliyanın Baş nazirinə döyüş meydanındakı vəziyyət barədə məlumat verib, həmçinin ən vacib müdafiə ehtiyaclarından danışıb.
Liderlər dondurulmuş Rusiya aktivləri hesabına Ukraynaya 50 milyard dollara yaxın vəsaitin verilməsinə dair G7-nin qərarını praktik olaraq həyata keçirməklə bağlı addımları müzakirə ediblər.
Oxşar xəbərlər
Zelenski və İtaliyanın Baş naziri Ukrayna Silahlı Qüvvələrinin müdafiə ehtiyaclarını müzakirə ediblər
Zelenski İspaniyanın Baş naziri ilə hava hücumundan müdafiəni müzakirə edib
Zelenski İtaliyanın Baş naziri ilə görüşüb
Blinken Zelenski ilə görüşüb, Ukraynaya dəstəyin davamlı olacağını bildirib
Blinken və Sallivan Zelenski ilə Ukraynanın bərpasını müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













