Səfir: ABŞ və Türkiyə NATO daxilindəki əməkdaşlığı birlikdə gücləndirib
sizinxeber.az xəbər saytı

Səfir: ABŞ və Türkiyə NATO daxilindəki əməkdaşlığı birlikdə gücləndirib


ABŞ və Türkiyə NATO daxilindəki əməkdaşlığı birlikdə gücləndirib.

“Report” xəbər verir ki, bunu Ankaradakı fəaliyyət müddəti başa çatan ABŞ səfiri Ceff Fleyk videomüraciətində deyib.

O bildirib ki, ötən illər ərzində ikitərəfli əməkdaşlıq müxtəlif sahələrdə daha da gücləndirilib: “F-16-ların Türkiyəyə satışı, Finlandiya və İsveçin NATO-ya üzvlüyü kimi strateji əhəmiyyətli məsələlərdə ciddi irəliləyiş əldə olundu. Həmçinin, Ukraynaya verdiyimiz birgə dəstək də son dərəcə əhəmiyyətlidir”.

Diplomat Rusiya, Ukrayna, BMT və Türkiyə arasında əldə olunan “Taxıl sazişi”nə görə rəsmi Ankaraya minnətdarlıq edib.

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər