ABŞ vətəndaşlığı olan rusiyalı qadın dövlətə xəyanət ittihamı ilə 12 il müddətinə azadlıqdan məhrum edilib
sizinxeber.az xəbər saytı

ABŞ vətəndaşlığı olan rusiyalı qadın dövlətə xəyanət ittihamı ilə 12 il müddətinə azadlıqdan məhrum edilib


Rusiyanın Sverdlovsk Vilayət Məhkəməsi bu ölkənin və ABŞ-nin vətəndaşı olan Kseniya Karelinanı dövlətə xəyanətdə təqsirli bilib və cəzasını ümumi rejimli koloniyada çəkməklə 12 il müddətinə azadlıqdan məhrum edib.

“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Məhkəmə onun təqsirli bilinməsi və 12 il müddətində cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar çıxarıb”, - hakim bildirib.

Sverdlovsk Vilayət Məhkəməsinin mətbuat xidmətindən verilən məlumata görə, Karelina cəza müddətindən sonra əlavə olaraq 1,5 il müddətinə azadlığın məhdudlaşdırılmasına və 300 min rubl məbləğində cəriməyə məhkum edilib.

Xatırladaq ki, daha əvvəl Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi Rusiya və ABŞ vətəndaşlığı olan 33 yaşlı Los Anceles sakininin Yekaterinburqda Ukrayna Silahlı Qüvvələrinə yardım topladığına görə vətənə xəyanətdə ittiham olunaraq həbs edildiyini açıqlamışdı. Onun barəsində həbs-qətimkan tədbiri seçilmişdi.

Oxşar xəbərlər

Ermənistana casusluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başladı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nicata hökm oxundu: 5 il, məntəqə tipli [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prokuror dövlətə xəyanətdə təqsirləndirilən şəxsə 18 il cəza istəyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ-nin eks-səfiri Kubaya casusluq ittihamı ilə 15 il müddətinə azadlıqdan məhrum edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vüqar Səfərlinin müsadirə olunmuş əmlaklarının bir qismi geri qaytarılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər