Qəribabadi: Hörmüz boğazındakı vəziyyət müharibədən əvvəlki vəziyyətinə qayıtmayacaq
“Biz Oman Sultanlığına Hörmüz boğazındakı marşrutların dəyişdirilməsinin zəruriliyi barədə məlumat verdik. Bugünkü görüşdə Omanın Hörmüz boğazı ilə bağlı gələcək tənzimləmələrdə bizimlə birlikdə iştirak etmək istəyini hiss etdik”.
Sizinxeber.az xəbər verir ki, bu sözləri İran xarici işlər nazirinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini Kazem Qəribabadi deyib.
O, Hörmüz boğazındakı xidmətlərin dəyərinin ödənilməsini tələb etdiklərini və bunu Oman Sultanlığı ilə müzakirə etdiklərini bildirib.
Qəribabadi onu da bildirib ki, Hörmüz boğazındakı vəziyyət müharibədən əvvəlki vəziyyətinə qayıtmayacaq.
“Biz Oman Sultanlığı ilə məsləhətləşərək Hörmüz boğazında yeni tənzimləmələr tapmaqda qərarlıyıq. Oman Sultanlığı istəməsə belə, İran Hörmüz boğazında yeni tənzimləmələri həyata keçirəcək. Biz Oman Sultanlığına Hörmüzdəki tranzit marşrutlarını İranın müəyyən etdiyini və digər marşrutları rədd etdiyimizi bildirdik”, - Qəribabadi əlavə edib.
Qeyd edək ki, bu gün İran və Oman rəsmiləri Məsqətdə Hörmüz Birgə Komitəsinin ilk iclasını keçiriblər.
Oxşar xəbərlər
İran və Oman Hörmüz Birgə Komitəsinin ilk iclasını Məsqətdə keçiriblər
Əl-Busaidi: Oman Hörmüz boğazında gəmiçiliyin təhlükəsiz qalmasına çalışır
Oman Sultanlığı Şura Məclisinin sədri ölkəmizə səfərə gəlib
İran və Oman XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
Ceyhun Bayramov Oman Sultanlığının XİN başçısı ilə görüşüb - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Türk dünyasının birliyi sayəsində yüz il əvvəlki arzular bu gün reallığa çevrilir - RƏY
-
Ursula Fon der Lyayen: Aİ–Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün Bakıdayam
