Tokayev: Qazaxıstan Azərbaycanı etibarlı strateji tərəfdaş və müttəfiq kimi görür
sizinxeber.az xəbər saytı

Tokayev: Qazaxıstan Azərbaycanı etibarlı strateji tərəfdaş və müttəfiq kimi görür


Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.

APA xəbər verir ki, görüşdə Qazaxıstan lideri Azərbaycanın ölkəsi üçün qardaş ölkə olmaqla yanaşı, həm də strateji tərəfdaş və müttəfiq olduğunu qeyd edib.

Prezident Kasım-Jomart Tokayev Azərbaycanla münasibətlərin ölkəsi üçün mühüm əhəmiyyət daşıdığına diqqət çəkib.

Qazaxıstan və Azərbaycan: Strateji tərəfdaşlıq möhkəmlənir

Onun sözlərinə görə, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun səfəri iki ölkə arasındakı əməkdaşlığın inkişafı baxımından önəm kəsb edir: “Biz eyni zamanda, Azərbaycanı etibarlı strateji tərəfdaş və müttəfiq kimi görürük”.

Qazaxıstan və Azərbaycan Xəzərdə yeni layihələri müzakirə edir

Görüş zamanı tərəflər Xəzər dənizinin dibi ilə rabitə və elektrik xətlərinin çəkilməsi də daxil olmaqla, birgə layihələrin icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

Oxşar xəbərlər

Tokayev Ceyhun Bayramovun Qazaxıstana səfərini əhəmiyyətli adlandırıb
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib
Tokayev: Qazaxıstan Rusiyanın strateji və müttəfiq tərəfdaşı olub və olaraq qalır
Tokayev və Tramp arasında telefon danışığı baş tutub
Tokayev: Qazaxıstan və Rusiya əməkdaşlığında müsbət dinamika var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle