Lukaşenko: Yeni hökumətdə baş nazirin müavinləri daha çox çəkiyə malik olacaqlar
sizinxeber.az xəbər saytı

Lukaşenko: Yeni hökumətdə baş nazirin müavinləri daha çox çəkiyə malik olacaqlar


Belarusun yeni hökumətində baş nazir müavinləri daha çox çəkiyə malik olacaqlar.

“Sizinxeber.az” BELTA-ya istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

"Gələcək hökumətin işinin özəlliyini bir daha qeyd etmək istəyirəm. Bu xüsusiyyət ondan ibarətdir ki, baş nazirin müavinləri böyük çəkiyə malik olacaqlar. Hökumətin sədri hökumətin işini təşkil edir, iclasları aparır. Lakin heç bir halda təkbaşına qərar qəbul etmir, hökumət üzvlərinə, xüsusilə də baş nazirin müavinlərinə təsir göstərmir”, - o vurğulayıb.

Qeyd edək ki, A.Lukaşenko hökumətin iqtisadi blokunun yaradılması çərçivəsində kadr təyinatları ilə bağlı qərarlar qəbul edib. Bloka baş nazirin birinci müavini Nikolay Snopkov təyin olunub.

Oxşar xəbərlər

Lukaşenko Belarusun nüvə silahına malik olduğunu təsdiqləyib
Gürcüstanda daxili işlər naziri Baş nazirin müavini təyin edilib
Lukaşenko: Belarusun nüvə silahı var
Lukaşenko hakimiyyəti yeni nəslə sakit və dinc şəkildə ötürmək istəyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər