

Qazaxıstanda aparıcı bankların CEO-larının 40 %-i qadınlardır
Qazaxıstanda ən aparıcı 10 bankın CEO-larının 40 %-i qadınlardır.
“Report” xəbər verir ki, bunu Qazaxıstanın “Halyk Bank”ının baş icraçı direktoru Umut Şayaxmetova bu gün Bakıda keçirilən “SHE Kongress 2025” tədbirində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, qadınların ən çox təmsil olunduğu sahələr əsasən sənayenin aşağı pillələrində müşahidə olunsa da, bank və maliyyə sektorunda da son illərdə ciddi irəliləyiş var:
“Maliyyə, bank və dağ-mədən sənayesi uzun illər kişi üstünlüyünün müşahidə olunduğu sahələr olub. Lakin bu, son 10-15, bəlkə də 15-20 ildə dəyişməyə başlayıb. Məsələn, bu gün Qazaxıstanda maliyyə bazarlarına nəzarət edən tənzimləyici quruma bir qadın rəhbərlik edir. Ölkəmizdə ən yaxşı 10 bankın baş direktorlarından 40 %-i qadınlardır. Bank sektorunda daha aşağı səviyyəli vəzifələrdə çalışanların isə 60-70 %-i qadınlardır”.
U.Şayaxmetova həmçinin texnologiya sektorunda da qadınların artan rolunu müsbət qiymətləndirib:
“Məni sevindirən digər məqam İT sahəsində çalışan qadınların sayının artmasıdır. Eyni zamanda süni intellekt və məlumat analitikası kimi sahələrdə də qadınların aktiv iştirakı artır. Bu sahələr əvvəllər əsasən kişi mühəndislərin üstünlük təşkil etdiyi sahələr hesab olunurdu. Hesab edirəm ki, bu gün qadınlar üçün bütün üfüqlər açıqdır və imkanlar sonsuzdur”.
Oxşar xəbərlər
AZPROMO: "İşçilərimizin təqribən 40 %-i qadınlardır"
Natia Turnava: "Gürcüstanda bank sektorunda qərarvermə prosesində qadınların rolu güclənir"
AMB maliyyə sektorunda gender bərabərliyinin artırılmasını hədəfləyir
Məzahir Pənahov: Azərbaycanda seçicilərin çoxu qadınlardır
Azərbaycan Mərkəzi Bankının fəaliyyətində qadınların rolu açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
BMTM əməkdaşı: İslamofobiya ilə mübarizədə əsas məqsəd nifrəti susdurmaqdır
-
Ronaldu Səudiyyə Ərəbistanı çempionatını bombardir kimi başa vurub
-
AAYDA rəsmisi: Ağsuçay vadisində 1186 metrlik unikal avtomobil körpüsünün tikintisi davam etdirilir
-
Minifutbol üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsinə start veriləcək
-
Tayland turistlərə alış-verişləri kriptovalyuta ilə ödəməyə icazə verəcək
-
Azərbaycanlı gənclər İstanbulda beynəlxalq liderlər forumunun iştirakçısı olub
