Yılmaz: Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün əldə olunması çox önəmlidir
sizinxeber.az xəbər saytı

Yılmaz: Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün əldə olunması çox önəmlidir


Türkiyə üçün Cənubi Qafqazda Ermənistan-Azərbaycan münaqişəsinin sona çatması və hazırkı sülh prosesinin müvafiq sazişin imzalanması ilə yekunlaşması çox önəmlidir.

"Report" xəbər verir ki, bunu Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz "Şərqi və Cənub-Şərqi Anadolu Bölgələrinin Görüşü" adlı tədbirdə çıxışında deyib.

C. Yılmazın sözlərinə görə, Türkiyə Cənubi Qafqazda davamlı sülhün əldə olunmasını istəyir.

"Bölgədə reallaşdırılacaq Zəngəzur dəhlizi, Orta Dəhliz Türkiyə üçün əhəmiyyətlidir, çünki bu koridorlar Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə quru əlaqəni yaratmaqla yanaşı, Asiya ilə Avropa arasında ticarətin inkişafına töhfə verəcək. Regionun iqtisadiyyatı inkişaf edəcək", - Türkiyənin Vitse-prezidenti bildirib.

Oxşar xəbərlər

Cevdet Yılmaz: Türkiyə sülhün təmin olunması üçün hər cür töhfəni verməyə hazırdır
Cevdet Yılmaz: Türkiyə Ukraynda sülhün təmin olunması üçün hər cür töhfəni verməyə hazırdır
Cevdet Yılmaz: ABŞ-nin Rusiya ilə Ukrayna arasında atəşkəs təşəbbüsünü dəstəkləyirik
Üç strateji marşrut: Biri Zəngəzur... - Yılmaz

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər