Fərid Şəfiyev: Ermənistanda etiraf edirlər ki, “Sülh kəsişməsi” layihəsinin gələcəyi yoxdur
Ermənistanda artıq etiraf edirlər ki, “Sülh kəsişməsi” layihəsinin gələcəyi yoxdur.
“Report” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində keçirilən “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda müzakirədə deputatların suallarını cavablandırarkən F.Şəfiyev qeyd edib ki, Nikol Paşinyanın həmin layihəsinin yalnız bir şərtlə uğurlu gələcəyi var:
“Bu da Azərbaycan və Türkiyə ilə sərhədlərin açılması ilə mümkündür. Ona görə də biz təzyiq siyasətimizi davam etdirməliyik. Lakin İran və Hindistan istəyir ki, bəzi layihələri Ermənistan ərazisindən keçirsinlər. Hətta Rusiya ilə bağlı da belə bir fikrilər var. Təbii ki, bu barədə düşünməliyik”.
Oxşar xəbərlər
Fərid Şəfiyev: Azərbaycan Qlobal Cənubla əməkdaşlıqdan fayda əldə edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fərid Şəfiyev: Ermənistan ATƏT-in Minsk qrupunun saxlanılmasına təkid etməməlidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Deputat: Zəngəzur dəhlizinin açılması ilə bağlı beş ildir ciddi maneələr var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xarici işlər nazirinin müavini Paşinyanın “sülh kəsişməsi konsepsiyası” təşəbbüsünə münasibət bildirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fərid Şəfiyev: Azərbaycanla Özbəkistan arasında çox sıx əlaqələr formalaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












