Özbəkistan, Tacikistan və Qırğızıstan prezidentləri dostluq stelasını açıblar
sizinxeber.az xəbər saytı

Özbəkistan, Tacikistan və Qırğızıstan prezidentləri dostluq stelasını açıblar


Özbəkistan, Tacikistan və Qırğızıstan prezidentləri Şavkat Mirziyoyev, Emoməli Rəhmon və Sadır Japarov üç ölkənin dövlət sərhədlərinin qovşağında yerləşən Dostluq stelasının açılış mərasimində iştirak ediblər.

“Report” Özbəkistan KİV-ə istinadən xəbər verir ki, mərasim martın 31-də Xucənddə təşkil olunmuş yüksək səviyyəli tədbirlər çərçivəsində baş tutub.

Üç ölkənin baş nazirinin müavinləri videokonfrans vasitəsilə dövlət başçılarına tikinti işlərinin başa çatması və obyektin tam hazır olması barədə məlumat veriblər.

Qeyd olunur ki, bu abidə qardaş ölkələr arasında möhkəmlənən dostluq, mehriban qonşuluq, qarşılıqlı etimad və strateji tərəfdaşlıq münasibətlərinin mühüm rəmzinə çevriləcək.

Oxşar xəbərlər

Rəhmon, Mirziyoyev və Japarov Tacikistan, Özbəkistan və Qırğızıstan sərhədlərinin qovşağına dair saziş imzalayıb
Tacikistan, Qırğızıstan və Özbəkistan sərhədlərinin qovşağına dair saziş imzalayıb
Qırğızıstan və Tacikistan prezidentləri dövlət sərhədi üzrə müqavilə imzalayıblar
Tacikistan və Qırğızıstan arasında sərhəd açılacaq
Qırğızıstan, Tacikistan və Özbəkistan arasında sərhəd məsələləri həllini tapır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər