Eka Sepaşvili: Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlər Brüsselin yürütdüyü siyasətə layiqli cavabdır
Gürcüstanın "Xalq Gücü" Partiyasının beynəlxalq əlaqələr üzrə katibi Eka Sepaşvili Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqına (Aİ) yönəlmiş tənqidi fikirlərinə münasibət bildirərkən Aİ və Avropa Şurasının Cənubi Qafqaz siyasətinin uğursuz olduğunu bəyan edib.
"Report"un Gürcüstan bürosunun məlumatına görə, Sepaşvili jurnalistlərə açıqlamasında bildirib ki, Gürcüstan və Azərbaycana qarşı beynəlxalq təzyiqlər müşahidə olunur və bu ölkələr Avropa bürokratik dairələrinin formalaşdırdığı siyasi və iqtisadi konyukturaya uyğun gəlmir.
Onun sözlərinə görə, Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlər Brüsselin yürütdüyü siyasətə verilən layiqli cavab xarakteri daşıyır: "Çünki Avropa İttifaqı artıq uzun müddətdir, öz simasını itirib və təsis olunduğu dəyərlərə cavab vermir".
Sepaşvili, həmçinin Avropa Parlamentinin fəaliyyətini tənqid edərək bildirib ki, qurum etibarını itirib və qlobal güclərin təsiri altına düşərək müəyyən maraq qruplarının gündəminə uyğun qərarlar qəbul edir. Onun fikrincə, bu qərarlar siyasi korrektəlikdən və ya dövlətlərin geniş iqtisadi maraqlarından daha çox dar çərçivəli maraqlara əsaslanır.
Gürcü siyasətçi qeyd edib ki, son illərdə Avropa Parlamenti tərəfindən Azərbaycan və Gürcüstan əleyhinə çoxsaylı qətnamələr qəbul olunub ki, bu da region ölkələrinə qarşı təzyiq aləti kimi qiymətləndirilə bilər.
"Əgər reallığa baxsaq, mənzərə aydındır – Aİ və Avropa Şurasının Cənubi Qafqazdakı siyasəti uğursuz olub. Bu qurumlar demokratik dəyərlərdən danışsalar da, faktiki olaraq dialoq imkanlarını məhdudlaşdırırlar", – deyə Sepaşvili vurğulayıb.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev mayın 4-də İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında videobağlantı ilə çıxışında Avropa Parlamentini tənqid edib. Dövlət başçısı bildirib ki, Avropa Parlamenti sülh prosesini dəstəkləmək əvəzinə onu sarsıdır.
Oxşar xəbərlər
Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb
Deputat: Salome Zurabişvili real deyil, paralel bir dünyada yaşayır
Papuaşvili: Kallas Gürcüstandan üzr istəmək əvəzinə, hakimləri təhdid edir
Papuaşvili: Baltikyanı ölkələr artıq açıq şəkildə gürcü xalqına qarşı çıxış edirlər
Şvabenin qərəzli mövqeyi Qərb, xüsusilə də Brüsselin Azərbaycana qarşı oyununun tərkib hissəsidir - RƏY
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
