Paşinyan İrəvanda ATƏT-in baş katibi ilə görüşüb
sizinxeber.az xəbər saytı

Paşinyan İrəvanda ATƏT-in baş katibi ilə görüşüb


Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Siyasi İcmasının (ASİ) İrəvanda keçiriləcək 8-ci iclası ərəfəsində ATƏT-in Baş katibi Ferudin Sinirlioğlunu İrəvanda qəbul edib.

"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, Paşinyan Ermənistan və ATƏT arasında əməkdaşlığın, o cümlədən müxtəlif sahələrdə ölkənin potensialının gücləndirilməsinə yönəlmiş proqramların həyata keçirilməsi vasitəsilə daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Sinirlioğlu Paşinyanı sammitin keçirilməsi münasibətilə təbrik edib. O, bildirib ki, bu, Ermənistana göstərilən böyük beynəlxalq diqqətdən xəbər verir.

"Ermənistan sabit dövlətdir və bu, Baş nazir Paşinyanın, hökumətin fəaliyyətinin nəticəsidir", - ATƏT-in rəhbəri qeyd edib.

Görüş zamanı ikitərəfli əməkdaşlıq gündəliyi, eləcə də regional əhəmiyyətli məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Onlar xüsusilə regional nəqliyyat marşrutlarının blokdan çıxarılmasına yönəlmiş layihələrə toxunublar.

Oxşar xəbərlər

Ermənistanın XİN rəhbəri ATƏT-in baş katibi ilə görüşüb
Ceyhun Bayramov ATƏT Baş katibi ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib
Paşinyan ATƏT-in Minsk qrupunun buraxılmasını məqsədəuyğun hesab edir
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Prezident İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər