Fidanla ispaniyalı həmkarı arasında telefon danışığı olub
sizinxeber.az xəbər saytı

Fidanla ispaniyalı həmkarı arasında telefon danışığı olub


Türkiyənin xarici işlər naziri Hakan Fidanla ispaniyalı həmkarı Xose Manuel Albares arasında telefon danışığı baş tutub.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Öncü Keçeli "X" sosial media hesabında məlumat paylaşıb.

Keçelinin sözlərinə görə, telefon danışığı zamanı İsrailin beynəlxalq sularda "Qlobal Sumud Donanması"na müdaxilə etməsi müzakirə olunub. Nazirlər İsrailin bu davranışının mülki şəxslərin həyatı üçün təhlükə törətdiyini bildiriblər.

"Beynəlxalq ictimaiyyətin hüquqazidd olan bu müdaxiləyə qarşı birgə mövqe sərgiləməyinin vacibliyinə diqqət çəkilib", - məlumatda vurğulanıb.

Qeyd edək ki, mediada İsrail aprelin 29-da Qəzzaya humanitar yardım aparan 58 gəmidən ibarət "Qlobal Sumud Donanması"na müdaxilə etdiyinə dair məlumat yayılıb.

Oxşar xəbərlər

Hakan Fidan Blinkenlə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Türkiyə və İran XİN başçıları arasında telefon danışığı olub
Türkiyə və Rusiya XİN rəhbərləri arasında telefon danışığı olub
Ceyhun Bayramov və Hakan Fidan İsrailin İrana hücumunu müzakirə ediblər - YENİLƏNİB
Ceyhun Bayramov Hakan Fidanla Ermənistan-Azərbaycan sülh prosesini müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər