Türkiyədə 275 məktəbi hədəf göstərən 389 hesab istifadəçisi saxlanılıb
sizinxeber.az xəbər saytı

Türkiyədə 275 məktəbi hədəf göstərən 389 hesab istifadəçisi saxlanılıb


Türkiyənin Kahramanmaraş və Şanlıurfa vilayətlərində məktəblərə edilən hücumlarla bağlı qadağan olunmuş görüntüləri paylaşan şəxslər müəyyən edilib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, bu hesablarla bağlı aparılan tədbirlər çərçivəsində 72 vilayətin Respublika Baş Prokurorluqlarında ümumilikdə 661 hesab sahibi barəsində istintaqa başlanılıb:

"Onlardan 68 nəfər həbs olunub, 127 nəfər haqqında məhkəmə nəzarəti tədbiri, 5 nəfər haqqında isə Uşaqların Müdafiəsi Qanunu çərçivəsində tədbir görülüb. 117 nəfər sərbəst buraxılaraq ailələrinə təhvil verilib, 95 nəfərin isə saxlanılması və şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir. Bundan əlavə, 249 şübhəli hazırda nəzarət altında saxlanılır, 1 104 sosial media hesabına isə giriş məhdudiyyəti tətbiq olunub".

Həmçinin, qeyd edilib ki, xüsusilə cəmiyyətin əmin-amanlığı və təhlükəsizliyini hədəf alan, məktəbləri ünvan göstərərək yeni hücumların həyata keçiriləcəyi barədə paylaşımlarla narahatlıq yaradan çoxsaylı istifadəçilər də müəyyən edilib.

275 məktəbi hədəf göstərən 389 hesab istifadəçisi saxlanılıb və onların barəsində hüquqi prosedurlar davam etdirilir.

Oxşar xəbərlər

Türkiyədə son iki gündə məktəblərdə baş verən silahlı hücumlarla bağlı 83 nəfər saxlanılıb
Türkiyədə meşə yanğınlarına görə 23 nəfər saxlanılıb, 4 nəfər həbs olunub
Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 139 nəfər saxlanılıb
Türkiyədə 78 nəfərin öldüyü hotelin sahibi həbs edilib
Türkiyədə meşə yanğınları ilə bağlı 10 nəfər həbs edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər