Türkiyədə meşə yanğınları ilə bağlı 10 nəfər həbs edilib
sizinxeber.az xəbər saytı

Türkiyədə meşə yanğınları ilə bağlı 10 nəfər həbs edilib


Türkiyədə iyunun 1-dən indiyədək 1 516 meşə yanğını baş verib, onlardan 1 507-si nəzarət altına alınıb.

“Sizinxeber.az” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Onun sözlərinə görə, yanğının söndürülməsi üçün 150-yə yaxın təyyarə, 25 min nəfər və 6 minə yaxın yerüstü texnika çalışır:

“Müxtəlif əyalətlərdə baş verən yanğınların bəziləri nəzarət altına alınıb. Doqquz yanğın hələ də davam edir və onunla mübarizə aparılır. Biz yaranmış vəziyyətlə mübarizə aparmaq üçün 27 təyyarə, 105 helikopter və 14 pilotsuz uçuş aparatından istifadə edirik. Təxminən 6 000 su maşını, nəqliyyat vasitəsi və təcili yardım maşını cəlb olunub. Həmçinin yanğınlarda 25 min qəhrəmanımız çalışır. Təyyarələrimiz və helikopterlərimiz ümumilikdə 10 260 uçuş həyata keçirib, 33 200 ton su buraxıb”.

Ərdoğan əlavə edib ki, yanğın törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb, onlardan 10-u həbs edilib, 10-u məhkəmə nəzarəti ilə sərbəst buraxılıb.

Oxşar xəbərlər

Türkiyədə bütün meşə yanğınları nəzarət altına alınıb
Türkiyədə meşə yanğınları ilə bağlı 6 nəfər saxlanılıb, daha 3-ü axtarışa verilib
Rusiyada meşə yanğınları güclənib
Ərdoğan amfibiya təyyarəsinə görə İlham Əliyevə minnətdarlığını bildirib
Türkiyədə meşə yanğınlarına qarşı mübarizə üç gündür davam edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər