WSJ: Tramp Səudiyyə Ərəbistanı ilə nüvə proqramı haqqında razılaşmanı təsdiqləyib
WSJ: Tramp Səudiyyə Ərəbistanı ilə nüvə proqramı haqqında razılaşmanı təsdiqləyib
ABŞ Prezidenti Donald Tramp Vaşinqton tərəfindən Səudiyyə Ərəbistanının dinc nüvə proqramının dəstəklənməsini nəzərdə tutan razılaşmanı təsdiqləyib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti yazıb.
30 il müddətinə bağlanan yeni müqavilə on milyardlarla dollar həcmində maliyyələşdirməni nəzərdə tutur. Krallığın nüvə infrastrukturunun yaradılmasında mərkəzi rolu Amerika korporasiyaları oynayacaq.
Razılaşmanın prinsipial bəndlərindən biri hər iki tərəfin bu addımı məqsədəuyğun hesab etməsi şərtilə Səudiyyə Ərəbistanı ərazisində uranın zənginləşdirilməsi müəssisəsinin inşasıdır.
Mövcud məlumatlara görə, sənəd ən yaxın zamanda ABŞ Konqresinin baxışına təqdim ediləcək.
Bundan əvvəl CNN telekanalı sazişin Amerika administrasiyası tərəfindən ilkin olaraq təsdiqlənməsi barədə məlumat verib.
