İran münaqişəsinin miqyası böyüyür: ABŞ ilk dəfə "B-1" bombardmançısından istifadə etdi » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
23 
iy
2026
10:19
0
0
1 302
ff aaaaaaa

İran münaqişəsinin miqyası böyüyür: ABŞ ilk dəfə "B-1" bombardmançısından istifadə etdi

23 iy, 2026
10:19
1 302

İran münaqişəsinin miqyası böyüyür: ABŞ ilk dəfə "B-1" bombardmançısından istifadə etdi

ABŞ ordusu İrana qarşı hücumlar bərpa edildikdən sonra ilk dəfə olaraq "B-1 Lancer" strateji bombardmançı təyyarəsindən istifadə edib.

Oxu.Az xəbər verir ki, bu məlumatı Amerika administrasiyasındakı mənbələrə istinadən "Axios" portalı yayıb.

Portalın məlumatına görə, Birləşmiş Ştatlar İrana zərbələrin bərpasından bəri ilk "B-1" döyüş uçuşunu həyata keçirib, bu isə Amerika hərbi əməliyyatlarının miqyasının genişlənməsinə və ciddi eskalasiyaya dəlalət edir.

Nəşr qeyd edir ki, ABŞ "B-1" vasitəsilə İrana hücum etmək üçün Britaniyanın hərbi bazasından yararlanıb.

Bundan əvvəl "Bloomberg" agentliyi öz mənbələrinə əsaslanaraq bildirmişdi ki, Böyük Britaniyanın yeni baş naziri Endi Börnhem ABŞ-nin İrana zərbələr endirməsi üçün Birləşmiş Krallığın hərbi bazalarından istifadəsinə dair sələfi Kir Starmerin verdiyi icazəni ləğv etməyib.

Fevralın 28-də ABŞ və İsrail İrana qarşı müharibəyə başlayıb. İyun ayında Vaşinqton və Tehran Livan da daxil olmaqla, bütün cəbhələrdə hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıblar. Buna baxmayaraq, iyulun 8-nə keçən gecə ABŞ İranı Hörmüz boğazı ilə bağlı əldə olunmuş razılaşmaların şərtlərini pozmaqda ittiham edərək, bu ölkəyə qarşı genişmiqyaslı zərbələri yenidən bərpa edib.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul