22
iy
2026
02:34
yuxarı
Rusiyaya getmək istəyənlərə pis xəbər: Qərar verildi
Rusiyaya getmək istəyənlərə pis xəbər: Qərar verildi
Rusiya Dövlət Duması miqrantların yaşlı Rusiya vətəndaşları ilə formal nikah bağlayaraq yaşayış icazəsi, müvəqqəti yaşamaq hüququ və vətəndaşlıq əldə etməsinə şərait yaradan hüquqi boşluğu aradan qaldıran qanun qəbul edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “İzvestiya” məlumat yayıb.
Yeni qanuna əsasən, saxta nikahlar vasitəsilə miqrasiya üstünlüklərinin əldə edilməsi mümkün olmayacaq.
Qərarın məqsədi miqrasiya sahəsində sui-istifadə hallarının qarşısını almaq və vətəndaşlıq prosedurlarına nəzarəti gücləndirməkdir.
