Rubio İranın ABŞ ilə danışıqlara münasibətini qeyri-ciddi adlandırıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
22 
iy
2026
09:00
0
0
1 533
ff aaaaaaa

Rubio İranın ABŞ ilə danışıqlara münasibətini qeyri-ciddi adlandırıb

22 iy, 2026
09:00
1 533

Rubio İranın ABŞ ilə danışıqlara münasibətini qeyri-ciddi adlandırıb

ABŞ dövlət katibi Marko Rubio Tehranın ünvanına ittihamlarla çıxış edərək, Vaşinqtonla danışıqlar prosesi çərçivəsində İran tərəfinin ciddi yanaşmasının olmadığını qeyd edib.

"Report" xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəhbəri Filippinin paytaxtı Manilada ASEAN ölkələrinin xarici siyasət idarələri rəhbərlərinin görüşündə çıxış edərkən bildirib.

"Hazırda qarşılaşdığımız əsas çətinlik ondan ibarətdir ki, İran tərəfi danışıqlar prosesinə qeyri-ciddi münasibət nümayiş etdirir. Əgər onların tərəfindən ciddilik nümayiş etdirilərsə, biz də eyni cür cavab verəcəyik. Əgər ciddi yanaşma olmazsa, biz öz maraqlarımızın, eləcə də tərəfdaşlarımızın və müttəfiqlərimizin maraqlarının qorunmasını təmin etmək üçün bütün zəruri addımları atacağıq", - Rubio bildirib.

O qeyd edib ki, İran tərəfi əvvəllər əldə olunmuş razılaşmalara baxmayaraq, öz üzərinə götürdüyü öhdəlikləri hələ də yerinə yetirməyib.

Daha əvvəl İran XİN-in rəsmi nümayəndəsi İsmayıl Bəqai bildirib ki, razılaşma məhz Amerika tərəfinin günahı ucbatından pozulub. O qeyd edib ki, ABŞ tərəfindən öhdəliklərin pozulmasının davam etməsi İranın öz öhdəliklərini yerinə yetirməsini qeyri-mümkün edir.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul