sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Türkiyədə son iki gündə məktəblərdə baş verən silahlı hücumlarla bağlı 83 nəfər saxlanılıb
Türkiyənin Şanlıurfa və Kahramanmaraş bölgələrində məktəblərdə baş verən silahlı hücumlarla bağlı 83 nəfər saxlanılıb.
"Sizinxeber.az" "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi Təhlükəsizlik Baş İdarəsi məlumat yayıb.
Qeyd edilib ki, məktəblərə hücumlardan sonra aparılan işlər çərçivəsində 940 sosial media hesabına giriş məhdudlaşdırılıb, 93 "Telegram" qrupu bağlanıb.
Xatırladaq ki, aprelin 14-də Şanlıurfanın Siverek rayonundakı liseyə silahlı hücum zamanı 1 nəfər ölüb, 16 nəfər yaralanıb. Aprelin 15-də isə Kahramanmaraşda məktəbdə silahlı hücum zamanı 9 nəfər ölüb, 13 nəfər yaralanıb.
Oxşar xəbərlər
Şanlıurfada məktəbə silahlı hücumla bağlı 16 nəfər saxlanılıb
Türkiyədə liseyə silahlı hücum olub, 16 nəfər yaralanıb, hadisəni törədən özünü öldürüb - YENİLƏNİB
Türkiyədə məktəbə silahlı hücum olub, 7 şagird yaralanıb, girov götürülənlər var
Türkiyədə daha bir məktəbə silahlı hücum olub, 6 nəfər yaralanıb, ölən var - YENİLƏNİB
Şanlıurfadakı məktəbə hücumla bağlı 1 nəfər saxlanılıb – YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
