İranda 50 gündür internet yoxdur
sizinxeber.az xəbər saytı

İranda 50 gündür internet yoxdur


İranda internetə çıxış 50 gündür ki, kəsilib.

"Report" xəbər verir ki, bu barədə beynəlxalq monitorinq xidməti "NetBlocks" məlumat verib.

Açıqlamada deyilir ki, İran artıq yeddi həftədir ki, qlobal internetdən təcrid olunub və rəqəmsal blokada 50-ci günündə, yəni 1 176 saatda tətbiq olunub.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, Küveyt, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Aprelin 11-də İran və ABŞ İslamabadda bir neçə danışıqlar raundu keçiriblər. İran nümayəndə heyətinə Parlament sədri Məhəmməd Bağır Qalibaf, Amerika nümayəndə heyətinə isə vitse-prezident Cey Di Vens rəhbərlik edib. Daha sonra Tehran və Vaşinqtonda bildirildiyi kimi, tərəflər bir sıra fikir ayrılıqlarına görə münaqişənin uzunmüddətli həlli ilə bağlı razılığa gələ bilməyiblər.

Oxşar xəbərlər

Tramp: İran Hörmüz boğazına aid qərarları ilə ABŞ-ni şantaj edə bilməyəcək
İranda internet kəsintisi 1000 saatdan çoxdur davam edir
İranda məktəblər distant təhsilə keçməyə hazırlaşır
Pir Hüseyn Kulivənd: ABŞ və İsrailin zərbələrindən sonra İranda 125 min obyekt zədələnib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər