Paşinyan ölkəsində xarici dövlətlərin xeyrinə işləyən siyasi xadimlərin mövcudluğundan danışıb
sizinxeber.az xəbər saytı

Paşinyan ölkəsində xarici dövlətlərin xeyrinə işləyən siyasi xadimlərin mövcudluğundan danışıb


Ermənistanın hüquq-mühafizə orqanları digər ölkələrin maraqları naminə fəaliyyət göstərən şəxslərin kifayət qədər böyük siyahısına malikdir.

"Sizinxeber.az" Ermənistan mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan brifinqdə bəyan edib.

Baş nazir qeyd edib ki, əgər bu insanlar hələ də azadlıqdadırsa, bu o deməkdir ki, "onlar casusluğun başladığı xətti hələ keçməyiblər, lakin bu məntiq çərçivəsində fəaliyyət göstərirlər".

"Elə insanlar var ki, bu xəttə çox yaxındırlar, onun kənarında gəzirlər. Xətti keçdikləri zaman cavab reaksiyası olacaq. Məndə bu insanların ad-soyadları, əlaqə məlumatlarının yer aldığı siyahısı var. Mən ilk növbədə, siyasi xadimlərdən danışıram", - Paşinyan vurğulayıb.

Oxşar xəbərlər

Paşinyan: Ermənistanın Türkiyə ilə barışmaqdan başqa alternativi yoxdur
Paşinyan: İrəvan üzvlük naminə Aİ-ni "şantaj etməyəcək"
Nikol Paşinyan: "Azərbaycanla kommunikasiyaların açılması məsələsində fikir ayrılıqlarımız var"
Paşinyan Rusiyanı regional kommunikasiyaların açılmasına mane olmaqda ittiham etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər